Türkiyədə Mursi üçün cənazə namazı qılınacaq - Ərdoğan da iştirak edəcək

  • 13:18 - 18 İyun

Dünən məhkəmə zalında halı pisləşərək həyatını itirən Misirin keçmiş prezidenti Məhəmməd Mursi üçün bu gün Türkiyə məscidlərində qiyabi cənazə namazı qılınacaq. 

Avropa.info xəbər verir ki, cənazə namazında prezident Ərdoğan da iştirak edəcək. Bu barədə AKP-nin mətbuat katibi Ömər Çelik məlumat verib: 

"Bütün dünyada şəhid prezident üçün qılınan cənazə namazları dünən Qüdsdə başladı. Bu gün Türkiyədə prezidentin iştirak ilə millətimiz namaz qılacaq. Qüdsdən İstanbula, Türkiyənin və dünyanın hər yerinə uzanacaq. Xuntaçıların əllərində ən qəddar vasitə və üsullar var. Qüruru olanın cansız bədəni belə cəsarət abidəsidir. Qürursuzlar isə əllərində ölüm maşınları gəzən canlı ölülərdir". 


Oxunma sayı: 5093

Oxşar yazılar