Daha 1017 vərəsəyə birdəfəlik ödəmə veriləcək

  • 12:25 - 18 İyun

Prezident cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, nazirlikdəki komissiya daha 687 şəhidin 1017 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib. 

Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.   Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib ki, bu günədək artıq 10472 şəhidin 15498 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub.   

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 85,4 faiz icra olunub. 


Oxunma sayı: 3905

Oxşar yazılar