Avqustda Bakıya 300 ədəd yeni avtobus gətiriləcək

  • 12:16 - 18 İyun

Avqust ayında Bakıda sərnişindaşımada fəaliyyət göstərmək üçün 300 yeni avtobus gətiriləcək.

Bu barədə Avropa.info-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, qurumun texniki heyəti bu həftə Türkiyəyə yola düşəcək:

"Məqsəd "BMC Otomotiv Sanayi ve Ticaret" AŞ şirkətində Azərbaycan üçün istehsal olunan 300 avtobusa baxış keçirməkdir. Bakıya gətirilən həmin avtobuslar, əsasən, daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobusları əvəz edəcək. Müasir standartlara cavab verən, kondisionerli avtobuslar, eyni zamanda, Bakıətrafı qəsəbələrə işləyən marşrut xətlərinə də buraxılacaq. Yeni avtobusların uzunluğu 12 və 18 metrdir".


Oxunma sayı: 13893

Oxşar yazılar