Bakının köhnə liftləri: 4000-dən çoxu istismar müddətini başa vurub – Statistika

  • 18 İyn - 2019

Prezident İlham Əliyev bu ilin fevralında Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 40 milyon manat vəsaitin ayrılması üçün sərəncam imzalayıb. Maraqlıdır, hazırda ölkə üzrə neçə lift xidmətdədir, onlardan neçəsi istismar müddətini başa vurub, neçəsinin təmirə ehtiyacı var…

Hər nə qədər rəsmi qurumlara müraciət etsək də, bizim maraqlandıran suallara cavab ala bilmədik. Buna baxmayaraq, Modern.az özəl mənbədən respublikada mövcud olan liftlərin sayı ilə bağlı statsitikanı əldə edib.

2019-cu il aprel ayının əvvəlinə olan məlumatlara görə, respublika üzrə 20129, Bakı şəhəri üzrə 17472 lift istismardadır. İstehsalçı zavod tərəfindən müəyyən edilən 25 illlik istismar müddətini bitirən liftlətin sayı respublika üzrə 4419, Bakı üzrə 4194 ədəddir. Liftlərin respublika üzrə 614 ədədi, Bakı üzrə isə 5305 ədədi yerli icra hakimiyyətlərinin balansındadır. Bunlardan da istehsalçı zavod tərəfindən təyin olunmuş istismar müddətini keçənlərin sayı respublika üzrə 3230, Bakı üzrə isə 3102 ədəddir.

Sovetlər dövründə kooperativ yaşayış binalarında olan liftlərin sayı ölkə üzrə 983, Bakı üzrə 970-dir. Bu cür liftlərdən 981-i respublika üzrə, 968-i Bakı üzrə istismar müddətini tamamlayıb. Mənzil-tikinti kooperativlərinə aid yaşayış binalarında olan liftlərin sayı respublika üzrə 10876, Bakı üzrə isə 9896-dır. 

Yeni tikililərdəki liftlərdən yalnız Bakıda olan 10 ədədi istehsalçı zavod tərəfindən müəyyən edilmiş 25 il müddətini tamamlayıb. Dövlət müəssisə və digər təşkilatların balansında olan liftlərə gəldikdə isə, respublika üzrə onların sayı 2096-dır, 208-i istismar müddətini başa vurub. Bakı şəhəri üzrə isə say 1301 ədəddir, onlardan 124-ü istismar müddətini tamamlayıb.

Respublika üzrə Səhiyyə Nazirliyinin balansında 168 lift var, onlardan 18-i istismar müddətini tamamlayıb. Təhsil Nazirlyiinin balansında olan 60 liftdən isə 25-i istehsalçı zavodun müəyyən etdiyi 25 il müddətindən artıq işləyir. Müdafiə Sənayesi Nazirliyinin balansında olan 37 liftdən isə 31 ili istismar müddətini keçib.

Gəncədə 389, Sumqayıtda 887, Xırdalanda 717, Qəbələdə 55, Lənkəranda 17, Şəkidə 13, Yevlaxda 54, Mingəçevirdə 115, Şirvanda 17, Naftalanda 16, Salyanda 2, Göyçayda 8, Xaçmazda 14, Xızıda 3, Ağdaşda 6, Qusarda 30, Qubada 4, Şəmkirdə 13, Qazaxda 4, Bərdədə 17, Göygöldə 3, Tovuzda 8  lift mövcuddur.


Oxunma sayı: 143

Oxşar yazılar