Ərdoğan: "Tarix Mursinin şəhadətinə yol açan zalımları əsla unutmayacaq" - Video

  • 11:10 - 18 İyun

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan devrilmiş Misir preidenti, "Müsəlman qardaşlar" hərəkatının lideri Məhəmməd Mursinin vəfatı ilə bağlı danışıb.

Avropa.info xəbər verir ki, Ərdoğan bütün müsəlmanların Mursini son nəfəsinə qədər apardığı mübarizə ilə xatırlayacağını deyib:

"Bildiyiniz kimi Mursi hazırda yüzlərlə, minlərlə qardaşı ilə birgə bu prosesi Misir həsxanalarında yaşayırdı. Amma onlar əsla yorulmadılar, yorulmamaqla yanaşı həbsxana xaricindən də müqavimət göstərdilər. Mənə də çox təkliflər gəldi və bu təkliflər gəldi və bu təkliflərin heç birini əsla qəbul etmədim. "Onun oturduğu masada əsla oturmaram" dedim, "Onunla əsla görüşmərəm" dedim. Çünkü bizim zalımlərla, qardaşlıq səviyyəsində münasibətimizin olduğu qardaşımız Mursinin qatili vəziyyətində olan şəxs ilə görüşməyimiz mümkün deyildi. Bu günə qədər də görüşmədik.

Bizim gözümüzdə Mursi inandığı mübarizə uğrunda apardığı mübarizə əsnasında həyatını itirən bir şəhiddir. Tarix onu həbsxanaya salıb, edamla hədələyənləri və şəhadətinə yol açanları əsla unutmayacaq. Bir daha Məhəmməd Mursiyə Allahdan rəhmət, ailəsinə, Misir xalqına və bütün sevənlərinə başsağlığı diləyirəm".


EX4-DFNYvCo

Oxunma sayı: 8228

Oxşar yazılar