Ermənistan Qarabağda irimiqyaslı hərbi təlimlərə başladı

  • 23:20 - 17 İyun

Ermənistan işğal altında olan Dağlıq Qarabağda irimiqyaslı hərbi təlimlərə başlayıb. Virtualaz.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərlə 10 mindən çox hərbçi iştirak edəcək. 

“Təlimlərdə təxminən 10 min hərbçi, 200-dən çox artilleriya sistemi, təxminən 150 zirehli maşın, 50-dən artıq zenit raketi, 400-dən çox avtomaşın və digər nəqliyyat vasitələri iştirak edəcək”, - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib. 

Mənbəyə əsasən, təlimlərin gedişində əsas diqqət gecə saatlarında qoşunların əməli tapşırıqları yerinə yetirməsinə yönəldiləcək, həmçinin yeni taktiki planların hazırlanması nəzərdə tutulur. Təlimlər iyunun 20-dək davam edəcək. 

 


kzLyuwwFXnk

Oxunma sayı: 4983

Oxşar yazılar