XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir

  • 22:20 - 17 İyun

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda 10.000 silahlı qüvvənin iştirakı ilə hərbi təlimlər keçirdiyini bəyan edib. 

Bu barədə sizin şərhinizi bilmək istərdik?

Cavab: Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdim. Çünki bu dalana aparan bir yoldur. Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşınqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır.

Həqiqətən, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir. Bir tərəfdən Müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10.000 hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləyini bəyan edir. Digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşınqtona münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə, bundan sonra nə? - sualı ilə müraciət etməli oluruq.


Oxunma sayı: 3751

Oxşar yazılar