"Mursi qardaşımız şəhid oldu, lakin onun məhkəmə salonunda dünyasını dəyişməsi şübhəlidir" - Ərdoğandan ilk Mursi açıqlaması

  • 20:55 - 17 İyun

"Mursi qardaşımıza, şəhidimizə Allahdan rəhmət diləyirəm. Mursi 52 faiz səslə Misirin ilk seçilmiş prezidenti olaraq tarixə keçdi."

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. 

"Hakimiyyəti işğalçı bir əda ilə çevrilişlə ələ keçirən Sisi rejimi bu vaxtadək 50 nəfəri edam edib. Avropa Birliyi edamı yasaqladığı halda Misirdə edamlar həyata keçirən Sisi rejiminin dəvəti ilə Misirdə tədbir keçirirlər. Bu ikiüzlülük deyil, yüzüzlülükdür. 

5 ildir Mursi qardaşımız həbsxanada minlərcə qardaşı ilə birgə həbsdəydi və bu gün şəhid oldu. Onun məhkəmədə dünyasını dəyişməsi şübhəlidir" - Ərdoğan Mursi haqqında ilk açıqlamasında belə deyib.


Oxunma sayı: 8965

Oxşar yazılar