Son dəqiqə : Misirin ilk seçilmiş prezidenti Məhəmməd Mursi məhkəmə salonunda dünyasını dəyişdi

  • 20:21 - 17 İyun

Misirin keçmiş prezidenti Məhəmməd Mursi məhkəmə salonunda dünyasını dəyişib. 

Avropa.info xəbər verir ki, bu haqda Misirin rəsmi dövlət telekanalı məlumat yayıb.

Məlumata görə, məhkəmədə Mursinin halı anidən pisləşib və eks-prezident dünyasını dəyişib. 

1951-ci ildə Misirin şimalındakı Şarkiyə rayonunda dünyaya gələn Məhəmməd Mursi "Müsəlman Qardaşlar" hərəkatının liderlərindən idi. 2012-ci ildə Misirdə keçirilən ilk xalq səsverməsi nəticəsində hakimiyyətə gələn Mursi, 2013-cü ildə ABŞ-ın dəstəyi ilə Misir ordusu tərəfindən hərbi çevrilişlə devrildi. Mursi 2013-cü ildən bu yana, 6 ildir həbsdəydi.


Oxunma sayı: 10890

Oxşar yazılar