HDP İstanbul seçimlərində dəstəklədiyi Əkrəm İmamoğlunun debat performansını bəyənməyib : "Dağ siçan doğdu..."

  • 17:28 - 17 İyun

PKK-nın siyasi qolu HDP İstanbul bələdiyyə seçkilərində dəstəklədiyi CHP-nin namizədi Əkrəm İmamoğlunun Binəli Yıldırımla birgə debatındakı performansını bəyənməyib. 

Avropa.info xəbər verir ki, HDP-nin parlamentə deputat qrupunun rəhbəri Saruhan Oluç, debatın İstanbul seçicilərinin qərarlarına təsir etmə imkanının zəif olduğunu deyib. 

"Bu debat seçimin sonuclarına təsir etmə imkanında olmadı. İstanbul seçicilərinin qərarlarına təsir edəcək radikal bir tablo ortaya çıxmadı." 

İmamoğlunun da performasını dəyərləndirən Oluc, dəstəklədikləri namizədin istənilən səviyyəni göstərə bilmədiyini deyib. 

 "Dağ bir siçan doğdu" - Oluc İmamoğlunun performasını dəyərləndirərkən belə deyib.


Oxunma sayı: 11913

Oxşar yazılar