Azərbaycanın təbii qaz ixracı 2 dəfəyədək artıb

  • 17:10 - 17 İyun

Cari ilin ilk 5 ayında Azərbaycandan 4 milyard 903 milyon 337 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, yanvar-may aylarında ixrac olunan təbii qazın dəyəri 871 milyon 621 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin eyni dövründə ölkədən 2 milyard 742 milyon 787 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 498 milyon 842 min dollar olmuşdu.

 


Oxunma sayı: 6083

Oxşar yazılar