İran nüvə sazişi ilə bağlı öhdəliklərinə dəyişiklik edib

  • 19:51 - 17 İyun

İran hökuməti növbəti on gün ərzində az təmizlənmiş uran ehtiyatının nüvə sazişində nəzərdə tutulan 300 kiloqram həddini aşacaq.

Bu barədə İran Atom Enerjisi Təşkilatının (AEOİ) sözçüsü Bəhruz Kamalvəndi məlumat verib. 

Onun sözlərinə görə, rəsmi Tehran müəyyən edilmiş həddən 20 faiz artıq təmizlənmiş urana ehtiyac duyur.

Qeyd edək ki, İranın nüvə proqramına dair 2015-ci ildə imzalanmış Hərtərəfli Əhatəli Fəaliyyət Planına görə rəsmi Tehran təmizlənmiş uranın 300 kiloqram həddindən artıq həcmini xarici ölkələrə satmalıdır.

Ötən il ABŞ hökuməti İranı həmin sənədin şərtlərini pozmaqla nüvə silahlarına dair çalışmalara davam etməkdə qınayaraq razılaşmanı tərk etdiklərini açıqlamışdı. Bundan bir qədər sonra İran tərəfi də sözügedən sənədin bəzi müddəaları çərçivəsində öhdəliklərinin icrasını dayandırdıqlarını açıqlamışdı.

 

 

 

report


Oxunma sayı: 4741

Oxşar yazılar