CAR-da avtomobil qəzası nəticəsində 24 nəfər ölüb

  • 17:00 - 17 İyun

Cənubi Afrika Respublikasının Limpopo əyalətində marşrut taksisinin avtobusla toqquşması nəticəsində 24 nəfər həlak olub.

Bu barədə News24 portalı ölkənin nəqliyyat nazirliyinə istinadla məlumat yayıb. Hadisənin bazar günü axşam saatlarında baş verdiyi bildirilir.

Ölənlərin hamısı marşrut taksisinin sərnişinləridir. Nəqliyyat nazirinin dediyinə görə, taksidə nəzərdə tutulandan 10 nəfər çox sərnişin olub. Avtobusun üç sərnişini yaralanıb.


Oxunma sayı: 5940

Oxşar yazılar