Husilər növbəti dəfə Səudiyyə Ərəbistanının hava limanına hücum edib

  • 13:20 - 17 İyun

Yəmənin "Ənsar Allah" hərəkatının üsyançıları (husilər) Abha şəhərində yerləşən beynəlxalq hava limanına hücum edib. 

Trend-in məlumatına görə, həmin hücum pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. 

Bildirilir ki, ötən şənbə günü, üsyançılar, Yəməndən Səudiyyə Ərəbistanının cənub-qərbində olan Abha və Jizan şəhərlərindəki iki hava limanını atəşə tutub. 

Bunu etməzdən əvvəl husilər Ər-Riyad tərəfindən Yəməndə hərbi əməliyyatlar davam edildiyi halda yeni hücum təşkil edəcəklərini deyib. 

 


Oxunma sayı: 11550

Oxşar yazılar