Venesuelada yol qəzasında 16 nəfər dünyasını dəyişib

  • 12:40 - 17 İyun

Venesuelanın Kristobal şəhərindən Marakayboya gedən sərnişin avtobusu aşıb.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, qəzaya səbəb avtobusun təkərinin partlaması olub. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində sərnişinlərdən 16 nəfəri yerindəcə dünyasını dəyişib. 

İlkin məlumata görə, çox sayda xəsarət alan var. Onların yaxınlıqdakı xəstəxanaların biniə yerləşdirildiyi bildirilir. 
Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.


Oxunma sayı: 6259

Oxşar yazılar