Lənkəranda çaydan meyit tapılıb

  • 11:40 - 17 İyun

Lənkəran rayonunda çaydan meyit tapılıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərinin Sütəmurdov kəndində 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) Lənkəran çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.  

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Oxunma sayı: 4290

Oxşar yazılar