Türkiyədə 8 PKK terrorçusu məhv edilib

  • 19:30 - 16 İyun

Türkiyənin güc strukturları ölkənin cənub-şərqində PKK silahlılarına qarşı növbəti antiteror əməliyyat keçirib.

 

Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Şirnakda keçirilən əməliyyat zamanı 8 PKK terrorçusu məhv edilib.

Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə dinc sakinlərə, habelə dövlət orqanlarına qarşı silahlı hücumlar, terror aktları təşkil edirlər. ABŞ və Avropa İttifaqı qruplaşmanı terrorçu təşkilat siyahısına daxil edib. 


Oxunma sayı: 5038

Oxşar yazılar