Suriya ordusu İdlibdə Türkiyənin müşahidə postunu atəşə tutub

  • 19:00 - 16 İyun

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib vilayətindəki 9 saylı müşahidə postuna hücum olub.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Suriya ordusu Tall Bazan bölgəsindəki müşahidə postunu artilleriya atəşinə tutub. Müşahidə postundakı təchizata ziyan dəyişib, hərbçilər arasında ölən və yaralanan yoxdur. Türkiyə ordusunun bölmələri ağır silahlarla cavab atəşi açıb.

 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hadisə ilə bağlı Rusiyanın məlumatlandırıldığını bəyan edib.

 

 

Apa


Oxunma sayı: 6765

Oxşar yazılar