Mahaçqalada tankerdə partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb

  • 18:05 - 16 İyun

Mahaçqalada iyunun 11-i tankerdə baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Daha əvvəl insident nəticəsində 3 nəfərin öldüyü, daha 3 nəfərin isə yaralandığı bildirilirdi.

Qeyd edilir ki, tankerdə 12 nəfər olub: "Onlardan 9-u sahilə təxliyə edilib. Təxliyə edilənlərdən 3 nəfər xəstəxanaya yerləşdirilib. İnsident nəticəsində 4 nəfər həlak olub".

 

trend


Oxunma sayı: 8591

Oxşar yazılar