Hindistanda azı 29 nəfər anomal istilərin qurbanı olub

  • 16:25 - 16 İyun

Hindistanda azı 29 nəfər anomal istilərin qurbanı olub.

Bu barədə "Times of India" məlumat yayıb.

Bildirilir ki, ölənlərin əksəriyyəti Auranqabad dairəsinin payına düşür – burda 25 nəfər istilərin qurbanı olub. Digər 4 nəfər Navada və Qayyada ölüb.

Agentlik bildirib ki, 30-dan çox insan xəstəxanaya yerləşdirilib.

Biharda son həftələrdə temperatur 40 dərəcədən aşağı düşmür. Nyu-Dehlidə iyunun 10-da 50 dərəcədən yüksək temperatur qeydə alınıb. Bu, ölkə paytaxtı tarixində ən yüksək temperatur göstəricisidir.

 

 

report


Oxunma sayı: 4323

Oxşar yazılar