Yevlaxda yol qəzası olub, ölən və yaralananlar var

  • 14:50 - 16 İyun

Yevlax rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Avropa.info report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Qoyunbınəsı kəndi ərazisində qeydə alınıb.

"Qazel" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində minik avtomobilinin 30 yaşlı sürücüsü Elşən Xəlilov ölüb, daha iki nəfər - 18 yaşlı Yusif Qədirli və 23 yaşlı Babək Qədirli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 4114

Oxşar yazılar