Masallı ərazisində zəlzələ qeydə alınıb

  • 14:00 - 16 İyun

İyunun 16-da yerli vaxtla saat 09:23-də Lənkəran stansiyasından 22 kilometr şimal-qərbdə Masallı ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Avropa.info-ya bildirilib ki, zəlzələ 17 kilometr dərinlikdə baş verib. Maqnitudası 3,2 olan zəlzələ hiss edilməyib.


Oxunma sayı: 4092

Oxşar yazılar