"Pəncə" əməliyyatı: İraqın şimalında 51 terrorçu məhv edilib

  • 13:20 - 16 İyun

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında yerləşən Hakurk rayonunda daha 2 PKK terrorçusunu zərərsizləşdiriblər.

Avropa.info xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 51-ə çatıb.

Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.


Oxunma sayı: 14047

Oxşar yazılar