Yaponiyada polisə bıçaqla hücum edən şəxs onu yaralayaraq silahını götürüb

  • 12:40 - 16 İyun

Yaponiyanın Osaka prefekturasının Suita şəhərində polisə bıçaqla hücum edən şəxs onu yaralayaraq silahını götürüb. 

Bu barədə Kyodo agentliyi məlumat yayıb. 

Bildirilir ki, polis məntəqəsinə hücum bazar günü səhər saatlarında baş verib. Məntəqədə tək olan polisə hücum edən şəxs ona bir neçə bıçaq zərbəsi endirərək tabel silahını götürüb. 

Hazırda həmin polisin vəziyyəti ağır hesab edilir. Hadisə yerindən qaçan şəxsin axtarışları davam etdirilir. 

Qeyd edək ki, hadisə G20 ölkələri liderlərinin Osakada iyunun sonlarında keçiriləcək sammiti ərəfəsində baş verib.


Oxunma sayı: 4400

Oxşar yazılar