Yeni Zelandiya sahillərində 7,2 bal gücündə zəlzələ olub

  • 12:00 - 16 İyun

İyunun 16-da Yeni Zelandiyanın şimal-şərqində yerləşən adalar silsiləsinin yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 10:55 dəqiqədə qeydə alınıb. Zəlzələnin episentri Lesperans qayalığından 103 kilometr şimal-şərqdə, ocağı 34,4 kilometr dərinlikdə yerləşib.

Sunami xəbərdarlığı elan olunsa da, sonradan Yeni Zelandiya Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyi tərəfindən ləğv edilib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.


Oxunma sayı: 5126

Oxşar yazılar