Fransada "sarı jiletlilər"in 31-ci aksiyasında 7 minədək etirazçı iştirak edib

  • 23:49 - 15 İyun

Fransada ümumilikdə 7 minədək insan, paytaxt Parisdə isə təxminən 950 nəfər “sarı jiletlilər” aksiyasında iştirak edib.

Bu barədə yerli “BFM” telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ötən şənbə günü ölkədə 10,3 min etirazçı küçələrə çıxmışdı. Parisdə isə bu rəqəm 1,1 min nəfərə çatmışdı. Belə olan halda “sarı jiletlilər”in növbəti – 31-ci ümummilli etiraz günü ən azsaylı hərəkat günü kimi yadda qalıb.


Oxunma sayı: 10692

Oxşar yazılar