“Taliban” hərəkatına zərbə: azı 10 silahlı öldürülüb, 6-sı yaralanıb

  • 23:10 - 15 İyun

Əfqanıstanın cənubunda yerləşən Qəndahar vilayətinin iki rayonunda ABŞ aviasiyasının zərbələri nəticəsində azı 10 silahlı öldürülüb, 6-sı yaralanıb.

Öldürülənlər arasında Pakistandan olan 5 silahlı da var. Əməliyyat zamanı, həmçinin beş əldəqayırma partlayıcı qurğu, silahlılara məxsus beş sığınacaq və onların nəqliyyat vasitələri məhv edilib.

Əfqanıstan təhlükəsizlik orqanlarının məlumatına görə, Gilmənd vilayətində aparılan digər əməliyyat zamanı “Taliban”ın daha 15 silahlısı öldürülüb.

“Taliban” hərəkatı baş verənləri hələlik şərh etməyib.


Oxunma sayı: 5500

Oxşar yazılar