Moldovada parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qərarı ləğv edilib

  • 22:30 - 15 İyun

Moldova Konstitusiya Məhkəməsi iyunun 7-dən 9-dək qəbul etdiyi qərarı ləğv edib.

Bu barədə Moldova Konstitusiya Məhkəməsinin sədri Mihay Poalelunjbildirib.

Qeyd olunur ki, söhbət parlamentin buraxılması və sentyabrın 6-da növbədənkənar seçkilərin keçirilməsi barədə qərarlardan gedir.

Bundan əlavə, Zinaida Qreçanının parlamentin sədri təyin edilməsi və Maya Sandunun formalaşdırdığı hökumətin qanunsuz olması barədə əvvəlki qərarlar ləğv edilib.

Məhkəmə sədrinin sözlərinə görə, bunlar yekun qərarlardır.


Oxunma sayı: 4752

Oxşar yazılar