Gürcüstan Parlamentinin birinci vitse spikeri: "Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə etmişik"

  • 22:10 - 15 İyun

Hər iki tərəf də “Keşikçidağ"ın sərhədlərini müəyyənləşdirməyə çalışır və bu istiqamətdə irəliləyiş əldə etmişik.

APA xəbər verir ki, Gürcüstan Parlamentinin birinci vitse spikeri Tamar Çuqoşvili belə deyib. O, bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər dayandırılmayacaq.

"Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə etmişik. Bu çətin bir mövzudur və həlli asan deyil. Amma bu istiqamətdə addım atılması təbiidir", - deyə T. Çuqoşvili bildirib


Oxunma sayı: 11660

Oxşar yazılar