Bu kamera görüntüləri Türkiyədə şok effekti yaratdı : CHP-li deputatlar gecəyarısı İstanbul seçki komissiyasının sədri ilə görüşürlər və ... (ŞOK VİDEO, FOTOLAR)

  • 16:46 - 15 İyun

İstanbulun Vilayət Seçki Komissiyasının keçmiş sədri, hakim Müberra Gürdal və 2 üzv hakimin ana müxalifət partiyası CHP-nin rəhbərliyi ilə gecə görüşməsinin video görüntüləri yayılıb. 

Avropa.info xəbər verir ki, Türkiyənin "Sabah" qəzetinin yaydığı kamera görüntüləri Türkiyədə şok effekti yaradıb. 

Görüntülərdə İstanbul Vilayət Seçki Komissiyasının sədri Gürdal və 2 üzv hakimin iş vaxtı bitməsinə baxmayaraq gecə saatlarında İstanbul Vilayət Seçki Komissiyasının yerləşdiyi Çağlayan məhkəməsinə gəldikləri, bundan 5 dəqiqə sonra isə CHP heyətinin binaya girdikləri əksini tapır. 

Kamera görüntülərində aprelin 2-də Müberra Gürdal və iki üzv hakim Fatma Nigar Uçar və Nihal Qoçun işlərinin sona çatmasından sonra evlərinə getdiyi,  Türkiyə vaxtı ilə 20:10-da yenidən Çağlayan məhkəməsində yerləşən ofisə yenidən geri döndükləri əksini tapır. Bundan 5 dəqiqə sonra isə CHP sədrinin müavinləri Seyit Torun və Oğuz Kaan, CHP İstanbul Vilayət şöbəsinin sədri Canan Kaftancıoğlu, CHP İstanbul millət vəkili İbrahim Kabuoğlu və CHP Aydın millət vəkili Bülənt Tezcanın da aralarında olduğu CHP-li heyət Çağlayan məhkəməsinə gələrək İstanbulun Vilayət Seçki Komissiyasının sədri Müberra Gürdalın otağına daxil olurlar.  Görüşmədən 1 saat sonra, gecəyarısı İstanbulun Vilayət Seçki Komissiyası AK Partiyanın tələbi ilə 7 rayonda səslərin yenidən sayılmasını durdurma haqda əmr verir. 

                                                              İSTANBUL BÖYÜKŞƏHƏR BƏLƏDİYYƏ SƏDRLİYİNƏ SEÇKİLƏRDƏ NƏLƏR YAŞANDI? 

31 mart seçkilərindən sonra, AK Partiyanın namizədi Binəli Yıldırımla CHP-nin namizədi Əkrəm İmamoğlu arasındakı fərq 29 min idi. Lakin, AK Partiyanın etirazları nəticəsində 1 rayonda ümumən, bir neçə rayonda isə etibarsız hesab olunan səslərin yenidən sayılması ilə, ümumilikdə İstanbulda səslərin 10 faizinin yenidən sayılması ilə aradakı fərq 13 minə endi. Yəni Binəli Yıldırımın 16 min səsinin qəsb edildiyi ortaya çıxdı. Səslər yenidən sayıldıqca daha aradakı fərqin azaldığını görən AK Partiya daha 7 rayonda səslərin yenidən sayılması haqda həmin rayonların seçki komissiyalarına müraciət etdi. Həmin rayonların seçki komissiyaları AK Partiyanın müraciətini təmin etdiyi və səslərin yenidən sayıldığı bir vaxtda gecə saatlarında İstanbul Vilayət Seçki Komissiyasının sədri və 2 üzvünün imzası ilə 7 rayonda səslərin yenidən sayılmasının durdurulması haqda əmr verildi. Hansı ki, 298 saylı Türkiyə Seçki qanununun 100-cü maddəsinə görə, səslər sayıldığı halda səslərin sayımı durdurula bilməz. 

Qeyd edək ki, 7 rayonda səslərin yenidən sayılması haqda qərarın qəbulundan sonra, CHP səslərin yenidən sayılmasını durdurmaq üçün, gün ərzində 4 ayrı şikayət məktubu ilə müraciət etmişdi. Lakin CHP-lilərin iş vaxtı bitdikdən sonra, İstanbul Vilayət Seçki Komissiyası sədrini və üzv hakimləri ofisə gətirdərək səslərin yenidən sayılması haqda qərar çıxartdırmaları şok effekti yaradıb. İndi Türkiyədə hər kəsi düşündürən suallar bunlardır. İstanbul Vilayət Seçki Komissiyası sədri Müberra Gürdal və 2 üzv hakimi iş vaxtı bitdikdən sonra, gecəyarısı yenidən niyə yenidən ofisə gələrək CHP-nin lehinə qərar verib? Komissiya sədri və üzvlərini CHP-lilərlə qanunsuz görüşə kim təşfiq edib? Axı CHP-nin İstanbul şöbəsinin sədri Canan Kaftançıoğlu istisna olmaqla digər CHP-lilərin komissiya sədri və üzvlərlə görüşməsi qanunla qadağandır. Canan Kaftançıoğlu isə yalnız seçki ilə bağlı şikayət verdikdə görüşə bilər. Ümumiyyətlə isə iş vaxtı bitdikdən sonra, bu hakimlərin Canan Kaftançıoğlu ilə də görüşmələri qanunla yasaqdır. 

Məsələylə bağlı açıqlama verən CHP-li millət vəkili Bülənt Tezcan gecəyarısı görüşməsini etiraf edib. Tezcan İstanbulda 7 rayonda səslərin yenidən sayılmasını durdurmaq üçün şikayət ərizəsi verdiklərini və bu ərizəni təqdim etmək üçün oraya getdiklərini deyib. Lakin, Bülənt Tezcan bir şikayət ərizəsi üçün 3 millət vəkili və çoxlu sayda CHP funksionerlərinin iş vaxtı bitdikdən sonra, İstanbul Vilayət Seçki Komissiyasına getməsinin nə məna verdiyi haqda suallardan yayınıb. Eyni zamanda komissiya sədri və 2 hakimi ofisə gecəyarısı kimin çağırdığı sualına da cavab verməyib.

Maraqlı məqamlardan biri budur ki, İstanbulun Vilayət Seçki Komissiyasının keçmiş sədri, hakim Müberra Gürdal mayın 6 da YSK-nın İstanbulda seçkilərin yenidən keçirilməsi haqda qərarından sonra, mayın 9-da pensiyaya çıxmaq haqda Ədliyyə Nazirliyinə müraciət edərək, təqaüdə çıxıb.   

Avropa.info


TkLYxx8qlCw

Oxunma sayı: 14036

Oxşar yazılar