Razim Hüseynov erməni rəqibini geridə qoyub Avropa birincisi oldu

  • 21:10 - 15 İyun

Pauerliftinq üzrə Avropa çempionatında milli komandamızın tərkibində mütləq çəki dərəcəsində gücünü sınayan Razim Hüseynov turnirin qalibi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı R.Hüseynov üç hərəkətin cəmində 885 kiloqram ağırlığı qaldıraraq, yaxın izləyicisi olan erməni rəqibindən üstün olub və çempionluğa yiyələnib.

Qeyd edək ki, R.Hüseynov pauerliftinq üzrə bir dəfə dünya çempionu və dünya ikincisi, üç dəfə Avropa çempionu və səkkiz qat Azərbaycan birincisidir.


Oxunma sayı: 16709

Oxşar yazılar