Dünyada qaydasız döyüşlərə son qoyulmalıdır - Putin

  • 19:50 - 15 İyun

Dünya ticarəti ölkələr arasında etibarın bərpa edilməsinə ehtiyac hiss edir.

Bunu Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Toplantısında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib. O bildirib ki, beynəlxalq münasibətlərdəki qaydasız döyüşlər və ticarət müharibələri situasiyasından çıxış yolu tapılmalıdır.

Putin həmçinin bütün ölkələrin İranla nüvə razılaşmasına sadiq qalmalı olduğunu deyib:

"ABŞ-ın bu razılaşmadan çıxması onun reallaşdırılmasını çətinləşdirir".


 


Oxunma sayı: 12342

Oxşar yazılar