Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib

  • 18:42 - 15 İyun

Bu gün - 15-iyun Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qazın verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Avropa.info-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 467 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 49 424 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin paylayıcı qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.Boyat kəndi ilə yanaşı hazırda Ağcabədi rayonunun Üzeyir Hacıbəyov, Həmidə Məmmədquluzadə, Qarabağ və Eldəniz Sadıqov küçələrini əhatə edən 4 yeni massivdə 128 fərdi evin qazlaşma işləri də yekunlaşdırılıb,istismara qəbul mərhələsindədir.Tezliklə təbii qazın verilişi təmin ediləcək.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış, qeyd etmişdir ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Daha sonra yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandıran SOCAR-ın prezidenti R. Abdullayev yaxınlıqdakı evlərdən birinin mətbəxində olmuş, ev sahiblərini təbrik edib, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanıb


Oxunma sayı: 13574

Oxşar yazılar