Ruslarla qaraçılar arasında kütləvi dava: ölən və yaralananlar var

  • 18:22 - 15 İyun

Rusiyanın Penza vilayətində Çemodanovka kənd sakinləri ilə qaraçılar arasında kütləvi dava olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, insident nəticəsində 5 nəfər yaralanıb, 1 nəfər ölüb.

Kənd sakinləri M-5 “Ural” federal avtomobil yolunu bağlayıblar.

Münaqişəyə səbəb qaraçıların kənddə yaşayan qızlara sataşması olub.

Başqa bir ehtimala görə, qaraçılardan biri kənddə yaşayan yetkinlik yaşına çatmamış qızı zorlamaq istəyib. Kütləvi dava da bu səbəbdən baş verib.

 


Oxunma sayı: 11440

Oxşar yazılar