Çində güclü yağışlar 61 nəfərin ölümünə səbəb olub

  • 15 İyn - 2019

Çinin müxtəlif bölgələrində iki həftə davam edən şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 61-ə, itkin düşənlərin sayı 14-ə çatıb.

Şiddətli yağışlar əsasən Cıcian, Fucien, Ciansi, Xunan, Quandun və Quycou vilayətlərində, Quansi Cuan muxtar bölgəsində və Çunçin bələdiyyəsi ərazisində ciddi ziyan vurub. Yağışların meydana gətirdiyi sel, daşqın, torpaq sürüşməsi, palçıq axınları minlərlə hektar əkin sahəsini yararsız hala salıb, xeyli ev və bina sıradan çıxıb, kommunikasiya xətlərinə, avtomobil yollarına və körpülərə böyük ziyan dəyib. Yağıntının miqdarı illik normadan bir neçə dəfə yüksək olub.

Ümumi maddi zərər 2 milyard ABŞ dollarına yaxındır.


Oxunma sayı: 22

Oxşar yazılar