Sabahın hava proqnozu açıqlanıb

  • 15:40 - 15 İyun

İyunun 16-da Bakı və Abşeron yarımadasında günəşli hava şəraiti müşahidə ediləcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Avropa.info-ya verilən məlumata görə, havanın temperaturu  gecə 20-23° isti, gündüz  30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz  33-35°  isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 65-75 %, gündüz 35-45 % olacaq.  

Şimal çimərliklərində(Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)

 

 

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu  21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu  23-24° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  34-38° isti, dağlarda gecə 13-18° isti,  gündüz 24-29° isti təşkil edəcək.


Oxunma sayı: 4532

Oxşar yazılar