Rusiya və Türkiyə prezidentlərinin Düşənbədə görüşü olub

  • 15:20 - 15 İyun

Rusiya Prezidenti Vladimir Putin Düşənbədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə qısa görüş keçirib.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib. O bildirib ki, Rusiya və Türkiyə prezidentləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə toplantısı çərçivəsində qısa görüş keçiriblər. D.Peskov əlavə edib ki, dövlət başçılarının ayrıca daha geniş görüşü nəzərdə tutulmayıb.


Oxunma sayı: 6006

Oxşar yazılar