Türkiyədə yol qəzası: 2 çavuş ölüb, biri yaralanıb

  • 14:00 - 15 İyun

Türkiyənin Mersin əyalətinin Tarsus rayonunda avtomobilin maneəyə çırpılması nəticəsində iki ixtisaslı hərbçi çavuş ölüb, biri yaralanıb.

Məlumatı DHA yayıb.

Bildirilib ki, hadisə səhər saatlarında Tarsus-Adana-Qaziantep avtomobil yolunun Əshabi-Kəhfə çıxışına yaxın ərazidə baş verib.

Məlumata görə, çavuşlar Nevşehirdə keçirilən təlimdən sonra tətil üçün Mersinə gedirmişlər.

 

report


Oxunma sayı: 6270

Oxşar yazılar