ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına"Katyuşa" raketi düşüb

  • 13:30 - 15 İyun

ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin yaxınlığında yerləşən evə “Katyuşa” raketi düşüb.

Bu barədə İraqın Müdafiə Nazirliyi yazılı açıqlama yayıb.

Bildirilib ki, raket Bağdadın mərkəzində yerləşən əl-Cadiriye rayonunda bir evə düşüb. Polisdən verilən məlumata görə, raketin düşdüyü ev Bağdadın Yaşıl Bölgə hissəsində - ABŞ səfirliyinin binasının qarşısında yerləşir.

Qeyd edək ki, ABŞ-ın əməkdaşlarının sayına və ərazisinə görə ən böyük səfirliyi Bağdaddadır.


Oxunma sayı: 10912

Oxşar yazılar