G20 sammitinə 25 mindən çox polis nəzarət edəcək

  • 13:07 - 15 İyun

İyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək “Böyük iyirmilik” ölkələrinin sammitində (G20) təhlükəsizliyi 25 mindən artıq polis təmin edəcək.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, antiterror əməliyyatlarının aparılması və kütləvi iğtişaşların yatırılması üçün hazırlıq görmüş xüsusi təyinatlı döyüşçülər də daxil olmaqla Osakaya artıq Yaponiyanın hər yerindən polislər cəlb olunub.

Osakada sammit zamanı nəqliyyatın hərəkətinə də məhdudiyyət qoyulacağı gözlənilir.

Təşkilatçıların hesablamalarına görə, G20 liderlərinin görüşü müddətində şəhərə nümayəndə heyətlərinin üzvləri və jurnalistlər də daxil olmaqla 30 min nəfər gələcək.


Oxunma sayı: 6259

Oxşar yazılar