Mehriban Əliyeva Elçibəyin həyat yoldaşının vəfatı ilə əlaqədar baş sağlığı verdi, yas mərasimi xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürdü

  • 11:28 - 15 İyun

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

Avropa.info xəbər verir ki, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə göturub.

Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) aparılıb.


Oxunma sayı: 12243

Oxşar yazılar