Zelenskinin partiyasının lideri Ukrayna dilində danışmaqdan imtina etdi

  • 23:35 - 14 İyun

Ukrayna Prezidentinin "Xalqın qulluqçusu" partiyasının lideri Dmitri Razumkov "Hakimiyyət hüququ" siyasi verilişinin canlı efirində ölkənin rəsmi Ukrayna dilində danışmaqdan imtina edib. 

Aznews.az-ın məlumatına görə, o bildirib ki, Ukrayna dilində deputat olandan sonra danışmağa başlayacaq. 

"Xalqın deputatı olan kimi, imkanım olsa, mən mütləq Ukrayna dilinə keçəcəyəm", - deyə Razumkov vurğulayıb. 

Bundan əvvəl "Xalqın qulluqçusu" partiyasının lideri bəyan etmişdi ki, Ukrayna dili ölkədə yeganə dövlət dili olaraq qalmalıdır.


Oxunma sayı: 5643

Oxşar yazılar