Rusiya polislərinə Azərbaycanda istirahət etməyə icazə verildi - Rəsmi

  • 14 İyn - 2019

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarına istirahət etmək üçün icazə verilən ölkələr arasında Azərbaycanın da adı var.

BBC xəbər verir ki, məlumatı Rusiya Turoperatorlar Assosiasiyası yayıb.

Bildirilib ki, 2014-cü ildən Rusiyanın polis və başqa güc strukturları əməkldaşlarının xaricdə istirahət etməsi faktiki qadağan olunub. Bu məqsədlə icazə verilən ölkələrin adları bir neçə dəfə dəyişdirilib. 2018-ci ildə 13 istiqamət müəyyənləşmişdi.

2019-cu ildə isə belə dövlətlərin siyahısına Azərbaycanın da adı daxil edilib. Siyahıda Azərbaycanın qonşularından Türkiyə və Ermənistanın adı olsa da, İran və Gürcüstan bu siyahıya düşməyib. Avropa İttifaqına üzv dövlətlərdən heç birinin adı da bu siyahıda əks olunmayıb.(“Report”)


Oxunma sayı: 396

Oxşar yazılar