Qazaxıstanın yeni Prezidenti ölkədəki etirazlardan danışdı - Hökümət onları eşitdi

  • 21:30 - 14 İyun

Qazaxıstandakı etiraz əhval-ruhiyyəsi yoxsulluqla əlaqəlidir. 

Bunu “Avronyus”a müsahibəsində Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev deyib. 

O, hökumətin onun prezidentliyinə qarşı etiraz edənlərin səsini eşitdiyini bildirib: “Nümayişçilərə gəlincə, onlar həqiqətən küçələrə etiraz əlaməti olaraq çıxdılar. İndi onların tələblərinin analizi aparılır. Əsasən, bu tələblər sosial xarakter daşıyır. Mən bu məsələlərin mövcud olduğunu inkar etmirəm. Onlar əsasən, insanların yoxsullaşması ucbatından yaranır. Onlar hökumətdən sosial-iqtisadi problemlərinin həllini istəyirlər. Hökumət onları eşitdi. Biz bunun üzərində çalışacağıq”. 

Qeyd edək ki, 9 iyunda Qazaxıstandakı prezident seçkisindən sonra Almatıda etiraz aksiyaları keçirilmişdi. Aksiya zamanı yüzlərlə insan polis tərəfindən saxlanılmışdı.


Oxunma sayı: 7227

Oxşar yazılar