Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib

  • 19:28 - 14 İyun

Vergilər nazirinin müavini Mətin Eynullayev Ağsu rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, qəbulda vergi qanunvericiliyi və inzibatçılığı, həmçinin vergi nəzarəti tədbirlərinin nəticələrinə yenidən baxılması, vergi orqanlarına işə qəbul və bərpa olunma ilə bağlı bir sıra məsələlərə baxılıb.

Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə Nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.


Oxunma sayı: 4455

Oxşar yazılar