Ana və qızının intiharı ilə bağlı yeni xəbər

  • 17:27 - 14 İyun

Bakı şəhər prokurorluğu Yasamalda baş verən intiharla bağlı məlumat yayıb.

Avropa.info-ya daxil olan məlumatda deyilir ki, iyunun 14-də paytaxtın Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində yerləşən yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və sonuncunun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicənin özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar ediblər.

Fakt üzrə Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.


Oxunma sayı: 6655

Oxşar yazılar