ABŞ PKK/YPG terrorçularına daha 200 TIR silah göndərdi

  • 17:06 - 14 İyun

S-400 HHM sistemi və F-35 təyyarələri ilə bağlı Ankara və və Vaşinqton arasında dərinləşən siyasi böhranın fonunda ABŞ PKK-nın Suriya qolu YPG-nin bünövrəsini təşkil etdiyi DSQ-yə 200 TIR ağır silah və zirehli texnika göndərib. 

Məsələ ilə bağlı DSQ-yə açıqlama verən və adının açıqlanmasını istəməyən şəxs belə deyib: 

"ABŞ bizə ağır silah və zirehli texnika ilə pikap avtomobillər göndərdi. Bundan əlavə hərbi bazaların inşasında istifadə olunan beton bloklar göndərildi. ABŞ, Deyr-əz-Zor və Hasəkə bölgələrində yeni bazalar quracaq. Tədarük İraq Kürdüstanı Regional Hökumətinin nəzarətindəki Semalk sərhəd-keçid məntəqəsindən həyata keçirildi. Oradan da TIR-larla Kobanidə yerləşən DSQ mərkəzlərinə aparıldı. ABŞ bizə yardım etməyə davam edəcək". 

Xatırladaq ki, prezident Donald Tramp İŞİD üzərində qələbə qazanıldığını elan etsə də, ABŞ PKK/YPG-yə yük maşınları ilə silah göndərməyə davam edir. 


Oxunma sayı: 6567

Oxşar yazılar