Sevgilisi ilə dalaşan qız özünü qatarın altına atmaq istədi – Bakı metrosunda intihara cəhd

  • 16:51 - 14 İyun

Dünən axşam saatlarında "Bakı Metropoliteni"nin "Elmlər Akademiyası" stansiyasında intihara cəhd hadisəsi qeydə alınıb.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki,  dünən 17:35 radələrində Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü N.M. intihar məqsədilə özünü qatarın altına atmaq istəyib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, stansiyada xidmət aparan polis əməkdaşları tərəfindən intihara cəhdinin qarşısını alınıb. 

Aparılan araşdırmalar zamanı N.M.-nın sevdiyi oğlanla mübahisə etdikdən sonra bu addımı atmaq istədiyi müəyyənləşib. 


Oxunma sayı: 8657

Oxşar yazılar