Elçibəyin qaynı: “Həlimə xanım 3 ay idi Türkiyəyə getmişdi, ölümü qəfil oldu”

  • 16:09 - 14 İyun

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım bu gün dünyasını dəyişib.

Həlimə xanımın qardaşı Mirmövsüm Mahmudov Modern.az-a açıqlamasında bacısının 3 ay idi ki, Türkiyədə müalicə  olunduğunu deyib:

“Bacım Həlimənin 3 ay bundan qabaq səhhətində problem yaranmışdı. O qədər də ciddi problem deyildi. Türkiyədə müalicə almasını  məsləhət gördük. Hər şey yaxşı gedirdi. Qəfil ölüm xəbərini aldıq”.

Mirmövsüm Mahmudov bildirib ki, bacısının cənazəsini Bakıya gətirməyə hazırlaşırlar:

“Güman ki, bacımı Bakı qəbiristanlığında dəfn edəcəyik”.

Elçibəyin qaynının sözlərinə görə,  bacısı son vaxtlar  tez-tez mərhum həyat yoldaşı ilə bağlı xatirələrindən də danışırmış.

“Həlimə xanımın Elçibəyi yad etmədiyi gün yox idi. Onunla bağlı xatirələrini tez-tez dilə gətirirdi. Həyatdır. Hər ikisinin də taleyinə Türkiyədə vəfat etmək yazılıbmış”.

Qeyd edək ki, Əbülfəz Elçibəylə Həlimə xanımın iki övladı dünyaya gəlib: oğlu Ərturqut və qızı Çilənay xanım.

Allah rəhmət eləsin...


Oxunma sayı: 7931

Oxşar yazılar