Bakıda beş nəfər itkin düşüb - İkisi məktəblidir

  • 16:04 - 14 İyun

Bakının Qaradağ rayonunda iki azyaşlı itkin düşüb. 

DİN-dən Avropa.info-ya verilən məlumata görə, 2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. 

Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu polis bölməsinə müraciət ediblər. 

Hazırda yeniyetmələrin axtarışları davam edir.

Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlarına itkin düşmə ilə bağlı üç ərizə daxil olub. Xətai rayonunda iyunun 12-də günün ayrı-ayrı vaxtlarında 1977-ci il təvəllüdlü Məmmədov Vasif Vaqif oğlu, 1936-cı il təvəllüdlü Yusifova Mazaltu Avışalumovna və 1969-cu il təvəllüdlü İsgəndov Cavanşir Əjdər oğlu itkin düşüb.


Oxunma sayı: 4895

Oxşar yazılar